5 yaşlı uşağın meyiti Kürdən tapılıb
14
apr
2021
10:18
Aprelin 9-da Kürdə batan 5 yaşlı uşağın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.
Axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bacı-qardaş Kürdə batdı, FHN dalğıcları onları axtarır
Kür çayında bacə və qardaş batıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə. "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayo...