SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Vixr-9” gəmisinin komandiri bu gün dəfn edilib. 
 
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində qəhrəmanlıqla iştirak etmiş Fövqəladə Hallar Nazirliyinin "Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 8-də ürək çatışmazlığından vəfat etmişdir. Vyaçeslav Kryuçkov dekabrın 9-da dəfn edilib.
 
Dəfn mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, habelə nazirliyin şəxsi heyəti, daxili işlər nazirinin müavini polis general-leytenantı Oruc Zalov iştirak edib.

Allah rəhmət eləsin!
 
BAKU.WS