Bakının Səbail rayonunda yol qəzası baş verib.

BAKU.WS
-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Neftçilər prospektində qeydə alınıb. Həmin istiqamətdə hərəkətdə olan "Mercedes-Benz GL-500” markalı avtomobil Muzey Mərkəzinin qarşısında idarəetməni itirib və ağaca çırpılıb.

Hadisə şahidləri bildiriblər ki, qəza zamanı sürücü xəsarət almayıb.

Qeyd edək ki, hadisə zamanı əzilən avtomobilin qiyməti 80-90 min ABŞ dolları təşkil edir.

Ziya Səccad

BAKU.WS