SİZİN REKLAM BURADA!
055 213 76 73




Xəbər verildiyi kimi Bakıda manyak tutulub.

BAKU.WS
xəbər verir ki, həmin şəxs azyaşlı uşaqlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edirmiş. Polis onun bu şəkildə 4 azyaşlıya hücum etdiyini aşkar edib.

Saxlanılan manyak baş verənlər barədə danışıb. Xəzər TV-yə açıqlama verən zaman bildirib ki, yaşlı qadınlara qarşı da soyğunçuluq edib.

Azyaşlı uşaqları izləyib onlara qarşı əxlaqsız hərəkətlər edən manyak tutulub.

Paytaxt sakini Amil Paşayevi Xətai rayon polis idarəsinin əməkdaşları tutub. Məlum olub ki, Amil Paşayev 2017-ci ilin dekabır ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Əsasən 10-15 yaş arasında olan qızları izləyən Amil Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək öz çirkin əməlini həyata keçirib.

İstintaqın gedişi zamanı Amil Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb.Bu səbəbdən Amil Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq- əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək çantalarını əllərindən alıb.

O, iyun ayı ərzində metronun ''Əhmədli'' starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb. Qeyd edək ki, saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

Faktla bağlı Amil Paşayev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları Amil Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər.

BAKU.WS