13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən birinin cəsədi tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə anspress-ə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib.
 
Məlumata görə dənizdən tapılan meyit 1965-ci il təvəllüdlü Ramiz Nüsrəddin oğlu Həsənova məxsusdur. Bununla da rəsmi məlumata görə, ölənlərin sayı ikiyə çatıb. 29 nəfərin axtarışları davam etdirilir.
 
Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib. 10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.