VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yanğın baş verən ərazidən xilas edilən işçilər yaxınlıqda olan platformalara yerləşdirilir.

BAKU.WS məlumat verir ki, bu barədə ANS PRESS-ə "Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, buna səbəb hava şəraitinin əlverişsiz olmasıdır.

"Küləkli havaya görə, yanğının söndürülməsində çətinlik yaşanır. Hətta havadan dəstək verən helikopterlər də çətinlik çəkir. ""Günəşli” yatağındakı yanğını söndürmək üçün əraziyə göndərülən gəmilər artıq alovu söndürməyə başlayıb".

Onun sözlərinə görə, dənizdə güclü dalğalar olduğundan əraziyə göndərilən gəmilər yanğın baş verən platformaya yaxınlaşmaqda çətinlik çəkirdi.

Qurbanov həmçinin qeyd edib ki, alovun söndürülməsi ilə "BP" və SOCAR-ın yanğın söndürən gəmiləri və FHN xususi texnikaları məşguldur.

Xatırladaq ki, bu gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib.

SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.

Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.

Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir.


Hadisə ilə əlaqədar "Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib. R.Abdullayev ANS TV-yə bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.

O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür. Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
 
BAKU.WS