Bakıda süpürgəçini maşın vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

BAKU.WS