VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Taksi fəaliyyətilə məşğul olan Göyçay rayon sakinini öldürüblər.

 

Göyçay rayon polis şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzalında taksi fəaliyyəti ilə məşğul olan Göyçay sakini 1955-ci il təvəllüdlü Cavid İsa oğlu İsayevin meyidi dünən axşam saatlarında Bakı - Göyçay magistralında yol kənarında aşkar edilib.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisəni Samux rayon sakini 1994 təvəllüdlü Akif Səxavət oğlu Hacıyev və Bərdə rayon sakini Elvin Rəşid oğlu Quliyev törədiblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə tamah məqsədilə törədilib. Cinayətkarlar sürücünün pulunu oğurlayıblar. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS