SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən BAKU.WS-ə bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb. Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. Gənc qız hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, qız qəbul imtahanından az bal topladığına görə intihar edib.

Ziya SƏCCAD
BAKU.WS