Bakıda avtobus avtomobillə toqquşdu, 14 yaşlı qız xəsarət alıb
26
apr
2024
08:37
Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Bayramlı Lalə İlqar qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.//Report
Oxşar xəbərlər
Bakıda avtomobilin qatara çırpılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB + FOTO
“Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”. Bu məl...