VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün səhər saatlarında Bakının Xəzər rayonunda intihar hadisəsi qeydə alınıb.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə bu gün səhər saat 09:50-də Buzovna qəsəbəsində qeydə alınıb. Bölməyə verilən məlumata görə, qəsəbədəki bağ evlərin birində 52 yaşlı kişi özünü iplə asıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda meyitin kimə məxsus olması və intiharın səbəbləri araşdırılır.

Ziya Səccad
BAKU.WS