SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində, 2-ci binada bir qız özünü çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən ataraq intihar edib.


BAKU.WS
-in milli.az saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı xanım həmin binada yaşayırmış və 3 yaşlı bir övladı var. İntihar edən qadının ailəsi ilə birlikdə orada mənzildə kirayədə yaşadığı bildirilir. Sabunçu rayon Polis İdarəsindən bildiriblər ki, adıçəkilən ünvanda 1990-cı il təvəllüdlü bir qadın binadan yıxılıb.


Həkim briqadası hadisə yerinə gələnədək həmin qadın dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


Ziya Səccad

BAKU.WS