SİZİN REKLAM BURADA!
055 213 76 73


Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən "Dalğa-2024" birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təlimdə dənizdə şərti platformada baş vermiş qəzanın aradan qaldırılması məqsədilə gəmilər dislokasiya məntəqəsini tərk edib, birgə komanda məntəqəsində vertolyot, gəmi və katerlərlə tapşırıq üzrə uzlaşma aparılıb, qəza rayonuna lazımi köməkliyin göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin baş vermiş yanğının lokallaşdırılması, axtarış-xilasetmə əməliyyatlarının və platformanın sualtı hissəsində dalğıc baxışının keçirilməsi, qəza növbətçiliyinin təşkili, eləcə də digər fəaliyyətlər icra olunub.

Birgə taktiki təlimdə HDQ və FHN gəmi və şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

BAKU.WS
VİDEO

QALEREYA