SİZİN REKLAM BURADA!
055 213 76 73



Əcnəbi vətəndaşdan oğuruq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, iyunun 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub.

“Huawei” markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.

BAKU.WS