SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən Bakının Nardaran qəsəbəsində baş verən silahlı insidentdən bir neçə dəqiqə əvvəl Hacı Talehin və onun tərəfdarlarının toplandığı evdən foto sosial şəbəkələrdə yayılıb. Foto jurnalist Fərahim Qasımovun səhifəsində paylaşılıb. Foto Huseyin Zadəyə məxsusdur.


BAKU.WS-in məlumatına görə, fotoda Hacı Taleh və onun tərəfdarları əməliyyat keçirilən evdə toplaşıblar. Fotoya baxsaq görərik ki, evə toplaşanların sayı 50-dən çox olar.


Qeyd edək ki, dünən Nardaran qəsəbəsində bir qrup insanlar polis arasında silahlı insident baş verib. İnsident zamanı 6 nəfər dünyasını dəyişib. Ölənlərdən iki nəfər polis əməkdaşı olub. Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı ölən polis və vətəndaşların adları açıqlanıb.

Ölən polis əməkdaşları Vüqar Eyyub oğlu Nəsibov və İsmayıl Rəsul oğlu Tağıyevdir.

İnsident zamanı ölən şəxslərin kimliyi də məlum olub. Onlar Əkbər Nazim oğlu Babayev, Sərvan Şirvan oğlu Səfərov, Rəfail Zeynaləbdin oğlu Bünyadov və Abbas Hüseyndir.


BAKU.WS