Prezident Nardarandakı atışmada həlak olan polisləri ölümündən sonra təltif etdi

Prezident Nardarandakı atışmada həlak olan polisləri ölümündən sonra təltif etdi
Siyasət 1292

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilmişdir. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olublar. 

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:

polis serjantı Vüqar Əyyub oğlu Nəsibova (ölümündən sonra)

polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevə (ölümündən sonra)".

BAKU.WS

Oxşar xəbərlər

Şeyx Nardaranda həlak olan polisləri şəhid adlandırdı

Şeyx Nardaranda həlak olan polisləri şəhid adlandırdı

Dünən Nardaranda islamçı ekstremistlərlə qarşıdurma zamanı iki polis qəhrəmancasına həlak olub. Ailələrinin təhlükəsizliyi baxımından Daxili İşlər Nazirliyi dün...

860 Şou-biznes 09:19 27 noyabr 2015

Son xəbərlər