13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakıda II Fəxri Xiyabanda dünən Nardaranda terrorçularla baş vermiş qarşıdurma zamanı həlak olmuş polis mayoru Vüqar Nəsibov və İsmayıl Tağıyevin dəfn mərasimi keçirilib.

BAKU.WS Trend-ə istinadən məlumat verir ki, mərhumları son mənzilə yola salmaq üçün çox sayda ictimai xadim, hüquq-mühafizə orqanlarının əməkdaşları, vətəndaşlar toplaşıb.

Dəfn mərasimində Baş Prokurorun birinci müavini Rüstəm Usubov, DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev,Daxili işlər naziri Ramil Usubov, Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Baş prokuror Zakir Qaralov iştirak edib.

Qəhrəmancasına həlak olmuş polsilərin dəfn mərasimində Azərbaycan Dövlətinin himni səsləndirilib, üç dəfə yaylım atəşi açılıb.
 
BAKU.WS