SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda mağazadan geyim oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS