İŞİD terror təşkilatına qatılmaq üçün Türkiyəyə gedən azərbaycanlı tutulub. 
 
BAKU.WS-in məlumatına görə, Bakır Qalibov adlı şəxs Ankara Esenboğa hava limanında təşkil edilən əməliyyatla ələ keçirilib. Türkiyə hüquq mühafizə orqanları əldə etdiyi bir məlumat əsasında şübhəli şəxsi tutmağı bacarıb. 

Təyyarədən enən kimi saxlanılan B.Qalibovun (49 yaş) üzərində və çemodanına baxış keçirilib. Qalibovun çemodanında 17 gülləkeçirməz jilet, çox sayda dərman, şpris ve digər tibbi ləvazimatlar götürülüb. 

Ankaradan Suriyaya gedəcəyi və İŞİD-ə qatılacağı müəyyən olunan şübhəli müvəqqəti saxlanma təcridxanasına aparılıb. 

Azərbaycanlı şəxsin sənədləri hazırlandıqdan sonra sərhəddən xarici ediləcəyi bildirilib. 
 
ŞAHİN Həbibov
BAKU.WS