Jurnalisti öldürməkdə şübhəli bilinən şəxs "Qəbələ"nin futbolçusu olub?
Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılov iki öncə "Qəbələ"nin əvəzedici komandasında çıxış edib.
BAKU.WS-in məlumatına görə, "Qəbələ" futbol klubu Elşən İsmayılovla bağlı söz-söhbətlərə aydınlıq gətirib. Klubdan bildirilir ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub.
E.İsmayılov ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb.
Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi.
BAKU.WS
Oxşar xəbərlər
Öldürülən jurnalistin anasından Cavid Hüseynova ağır ittiham
"Həmin adamları Rasimlə görüşə Cavidin özü göndərib. Rasim dedi ki, ana Cavid zəng eləmişdi. Dedi, səni söyən uşaqlar gəlib səndən üzr istəyəcəklər”. BAKU.WS x...