SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Rəhimov 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb.

1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee”markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimlinin olması müəyyən edilib və o, həbs olunub.

BAKU.WS