SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda dəhşətli qətl törədilib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 10.00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, “Şərq” bazarı yaxınlığında qeydə alınıb. Şəxsiyyəti hələ istintaqa məlum olmayan bir qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS