Şəki Şəhər Şəki şəhər Regional Perinatal Mərkəzdə ana ölümü faktı qeydə alınıb.

BAKU.WS-ə xəstə yaxınları tərəfindən daxil olan məlumata görə, 28.03.2018 tarixində mərkəzin direktoru Azad Novruzov Məcidinski və baş həkim Saniyə Bəyməmmədova tərəfindən xəstə Məmmədova Türkan İlham qızı qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan 2 saat sonra xəstədə qanaxma baş verib. Belə ki, əməliyyat zamanı xəstənin aorta damarı zədələnib. Xəstə yaxınlarının məlumatına görə, pasiyentin qanaxması dayanmadığına səbəbindən yenidən əməliyyata alınıb. Yaxınları xəstənin həkim səhləkarlığı ucbatından dünyasını dəyişdiyini iddia edirlər. Bakıdan həkim briqadası gəldikdən sonra xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bunun bir faydası olmayıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, xəstənin 5-ci hamiləliyi və 2-ci doğuşu olub. Xəstədə kəskin böyrək çatışmazlığı qeydə alınıb. O, bildirib ki, bu ölümün səbəbinin diaqnozu deyil, ilkin nəticəsidir.

“Hər ölüm hadisəsi Səhiyyə Nazirliyi tərəfindən ciddi araşdırılır. Bu hadisə də Məhkəmə Tibbi Ekspertiza tərəfindən ciddi araşdırılacaq”, - deyə Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib.  

Nihat HÜSEYNZADƏ
BAKU.WS