SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəranda çörək bişirən 50 yaşlı qadın təndirə düşüb və yanaraq ölüb.

Bədbəxt hadisə rayonun dağ kəndi olan Aşağı Təngivanda baş verib. Kənd sakini Böyükxanım Əliyeva təndirdə çörək bişirərkən təndirin içərisinə yıxılıb.

Böyükxanım Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Qadının yanmış meyiti təndirdən çıxarılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin əməkdaşları cəlb olunub. Mərhumun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran rayon prokrorluğunda araşdırma aparılır.

BAKU.WS