055 213 76 73
Bacanaqlar arasında düşən mübahisə, sonda onlardan birinin bıçaqlanması ilə nəticələnib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Astara şəhərində qeydə alınıb.
Kakalos kənd sakini Emin Əkbərov şəxsi münaqişə zəminində bacanağı 64 yaşlı Həbib Məmmədovu bıçaqlayaraq ona ağır bədən xəsarəti yetirib. Bıçaq yarası alan Həbib Məmmədov dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.