Bakıda qətl törədilib.
Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Maştağa qəsəbəsi A.M.Əbdülkərim küçəsində qəsəbə sakini, 1987-ci il təvəllüdlü İsmayıl Abduləliyev Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Tofiq Şəkərov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tofiq Şəkərov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS