055 213 76 73
Azərbaycan dövlət televiziyasının bölgə müxbiri, tanınmış jurnalist Sənan Həsənoğlu hərbi hissələrdən birində çəkiliş edərkən ürəyində ciddi ağrılar hiss edib.
BAKU.WS-in məlumatına görə, dərhal xəstəxanaya çatdırılan jurnalist Bakıya, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.
Ürəyinə 4 stend qoyulub. Həkimlərin dediyinə görə, hər şey geridə qalıb.
Məlumata görə, jurnalistin ölümdən dönməsinin səbəbi müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqəti olub. Belə ki, nazirin tapşırığı ilə jurnalist dərhal Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.
BAKU.WS