SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının mərkəzində yaşayış binasının damında başlayan yanğının söndürülməsi üçün hadisə yerində FHN-nin yanğınsöndürən briqadası çalışır.

BAKU.WS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, güclü küləyin əsməsi yanğının söndürülməsində çətinlik yaradıb.

Alovun söndürülməsi və digər binalara keçməsinin qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunub.

Hadisə yerinə təcili tibbi yardım maşınları da cəlb olunub.

Sakinlər vaxtında binadan təxliyyə edildiyi üçün xəsarət alan olmayıb. Hadisə nəticəsində bir neçə polis əməkdaşı tüstüdən zəhərlənib. Onlara yerində ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxşdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayoru Füzuli Əsədov BAKU.WS-ə bildirib ki, səhər saatlarında baş vermiş yanğınla bağlı yüksək saylı çağırış elan edilib

“Vəli Məmmədov 24 ünvanında yerləşən dördmərtəbəli binanın dam örtüyündə yanğın hadisəsi barədə 8:29-da məlumat daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Yanğının əhatə dairəsini nəzərə alaraq yüksək saylı çağırış elan edilib. Hadisə yerində 12 yanğın texnikası və 50 nəfərdən çox şəxsi heyət işləyir. 250 kvadratmetrdən çox ərazi yanıb. Yanğının baş vermə səbəbi araşdırılır”, - deyə Füzuli Əsədov bildirib.

Tuncay

BAKU.WS