Sumqayıtda təmirdə olan ev yanaraq kül oldu (VİDEO)

Sumqayıtda təmirdə olan ev yanaraq kül oldu (VİDEO)
Video
Hadisə 954
Sumqayıtda 13-cü mikrorayon Niyazi küçəsində 14 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yanğın qeydə alınıb. BAKU.WS-in ARB24-ə istinadən verdiyi məlumata görə, 2 otaqlı mənzildə başlayan alovu ram etmək üçün hadisə yerinə FHN-nin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 5-ə yaxın yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğın baş verən vaxt evdə heç kim olmayıb və mənzildə təmir işlərinin aparıldığı bildirilib. Yanğının başvermə səbəbi araşdırılır. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər