055 213 76 73
Bir neçə dəqiqə əvvəl Sabayel Rayon Məhkəməsində "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov həbs olunub.
BAKU.WS-in musavat.com-a istinadən xəbər verir ki, Hakim Elşad Şamayevin sədrliyi
ilə keçirilən prosesdə Sabayel Rayon Prokurorluğunun C.Hüseynov
barəsində təqdimata baxılıb və futbolçu 3 ay müddətinə həbs olunub.
C.Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə
maddəsi ilə ittiham elan olunub. C.Hüseynovun vəkili Adəm Məmmədov
məlumatı təsdiqləyib. Bildirib ki, futbolçu barəsində həbs qərarından
apelyasiya şikayəti veriləcək.
Qeyd edək ki, jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən
İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası
sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə
aparılıb və orada dünyasını dəyişib. Olaydan sonra E.İsmayılov həbs
olunub. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində
müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il
iyun ayının 21-də anadan olub. Onunla bərəbər jurnalistin döyülməsində
iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var.
BAKU.WS