Faşist Almaniyasının 163 əsgərinin Bakıdakı son mənzili
İkinci Dünya müharibəsi bitdikdən sonra Bakıya 42 min alman hərbi əsir gətirilib və onların əməyindən geniş istifadə olunub.
BAKU.WS PhotoStok.az-a istinadən xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Mingəçevirdə, Sumqayıtda, Saatlıda əsirlikdə ölən almanların məzarlıqları mövcuddur.
Bu qəbiristanlıqların biri də Bakı şəhərinin Yasamal rayonunda yerləşir. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi yerləşir. Qara xaçın qarşısındakı lövhədə alman və Azərbaycan dillərində yazılar var.
Alman dilində olan yazının tərcüməsi belədir:
"Bakıda vəfat etmiş 163 hərbi əsirin xatirəsinə. Onlardan 142-si alman, 13-ü macar, 8-i isə avstriyalıdır. Onları və bütün müharibə qurbanlarını yad edin! 1945-1947".
Qəbiristanlıqdakı lövhədə dəfn edilən hərbi əsirlərin ad-soyadları, anadan olduqları və vəfat etdikləri tarixlər göstərilib.
PhotoStock.az-ın qəbiristanlıqdan hazırladığı fotoreportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bu gün Bakının iki rayonunda qaz kəsiləcək
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Sabunçu və Sur...