Masallıda avtomobil aşıb, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Masallıda avtomobil aşıb, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Foto
Hadisə 353

Masallıda avtomobil qəzasında xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

BAKU.WS xəbər verir ki, bu barədə report-un cənub bürosuna TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, Masallı Rayon Mərkəzi Xəstəxanasına 3 nəfər hospitalizasiya olunub.        

Yaralılara ilkin zəruri tibbi yardım göstərilib. 

Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. 

*** 15:21

Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-ə DİN Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

İlkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

*** 14:33

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, "Tayota Prado" markalı avtomobil Lənkəran rayonu istiqamətdə hərəkətdə olarkən bir neçə dəfə aşıb və yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə, ilkin məlumata görə, bir azyaşlı ölüb. Avtomobildə olan digər sərnişinlər arasında da ölən və yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər