Abşeronda sexdə baş verən yanğın söndürülüb

Abşeronda sexdə baş verən yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.
*** 14:25
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir k, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qalereya
*** 13:37
Abşeronda sex yanır.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Oxşar xəbərlər
Sumqayıtda evdə YANĞIN - Qəsdən törədildiyi iddia olunur
Sumqayıt şəhərinin Qurd dərəsi adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki...
