VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Zərdab rayon sakini Araz Əliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluğun olması barədə məlumat verib.

BAKU.WS-in ARB TV-yə istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının ticarət obyektinin maliyyə təsərrüfatına baxış zamanı, 65 min manat dəyərində tütün məmulatının oğurlandığı müəyyənləşdirilib.

Faktla bağlı aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər - Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.

Araşdırmalar zamanı Mayıl Əsədovun işlədiyi mağazadan tanışı Abdulla Kərimovla birgə 2015-ci ilin yanvar ayından etibarən hissə-hissə 65 min manat dəyərində tütün məmulatını oğurladıqları məlum olub. Hər iki şəxs həmin məmulatları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS