VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 3-də qəzaya uğramış “Mitsubishi-Pajero”nun sürücüsünün həyat yoldaşı olan, Salyan rayonunun Qızılağac kənd sakini, 1963-cü ildə anadan olmuş Rahilə Ulduz qızı Əsədova bu gün səhərə yaxın Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, qapalı kəllə -beyin travması, daxili orqanların zədələnməsi ucbatından qanaxma və ətrafların sınıqları diaqnozu ilə koma vəziyyətində xəstəxanaya yerləşdirilən qadının həyatını, bütün tibbi müdaxilələrə baxmayaraq, xilas etmək mümükün olmayıb.

Xatırladaq ki, iki gün əvvəl günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Sarvan kəndindən keçən 72-ci km-də Astaradan Bakıya sərnişin daşıyan, içərisində 25 nəfər sərnişin olan “Temsa” markalı avtobusla “Mitsubushi-Pajero” markalı avtomaşın toqquşub.

Balakən rayon sakini, 63 yaşlı Səhruddin Göylərovun idarə etdiyi 10 TG 587 dövlət nömrə nişanlı sərnişinlə dolu avtobus, sürücünün dediyinə görə, sükan mexanizminin qəfil qırılması ucbatından qarşıdan gələn, Salyan rayonunun Qızılağac kənd sakini, 57 yaşlı Elşən Əhədovun idarə etdiyi 99 LM 145 dövlət nömrə nişanlı “Mitsubushi-Pajero” markalı avtomaşına çırpılaraq onun üzərinə aşıb.


Hadisə nəticəsində “Pajero”da olan sürücü Elşən Əhədov və həyat yoldaşı, 54 yaşlı Əhədova Rahilə Ulduz qızı və avtobusun 4 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Maşında sıxılıb qalmış E.Əhədov FHN-in xilasediciləri tərəfindən çıxarılaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun həyat yoldaşı R.Əhədova isə koma vəziyyətində idi. Avtobusun sərnişinlərindən 3 nəfəri ambulator müalicəyə buraxılsa da, 1 nəfər-49 yaşlı Biləsuvar rayon sakini Maral İnşəallah qızı Qasımovanın stasionar müalicəsi davam etdirilir.

Sürücü E.Əhədov isə hazırda qapalı kəllə-beyin travması və ətrafların sınığı diaqnozu ilə həmin xəstəxanada müalicə olunur, vəziyyətinin orta-ağır olduğu deyilir. Qeyd edək ki, Elşən Əhədov Vergilər Naziriyiyinin Şirvan şəhərində yerləşən 5 saylı ərazi vergi idarəsinin əməkdaşıdır.

Faktla bağlı DYP-nin istintaq və təhqiqat şöbəsində cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

BAKU.WS