Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.


BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xirdalan şəhərində çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən elektrik lövhəsinin çıxış kabeli 3 p.m yanıb.


Yanğın zamanı mənzillərdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.


Binanın şaxtasından keçən kabellər yanğından mühafizə olunub.


Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Ziya Səccad

BAKU.WS