SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdə rayonunda Ağdamdan Bakıya gələn mikroavtobus BMW markalı minik maşını ilə toqquşub.

BAKU.WS-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Qəza rayonun Divanlı kəndində qeydə alınıb. Hadisə zamanı minik avtomobilinin sürcüsü Sadiq Süleymanov ağır bədən xəsarətləri alıb. Yerdə qan içində qalan yaralı xeyli vaxt təcili tibbi yardım maşınını gözləyib.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən 8 nəfər müxtəlif tipli xəsarətlər alıb. Xəsarət alanlar Rəhilə Qazıyeva, Nazilə Quliyeva və Yaqut Məmmədova Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

VİDEO: SƏS TV
BAKU.WS