Bakının Binəqədi rayonunda intihar etmək istəyən şəxs xilas edilib.


BAKU.WS
-in məlumatına görə, 9-cu mikrorayonda tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxın orta yaşlı kişi özünü atmaq istəyib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Həmin şəxslə aparılan danışıqlar nəticəsində onu fikrindən daşındırmaq mümkün olub. İntihar etmək istəyən şəxs binanın damından düşürülərək polisə təhvil verilib.


Onun adı və soyadı hələlik məlum deyil.


Hadisə şahidlərinin dediklərinə görə, intihar etmək istəyən şəxs tikilməkdə olan obyektin sahibidir. O, obyektin söküləcəyini eşidib və özünü öldürmək istəyir.


Faktla bağlı araşdırma aparılır.


Ziya Səccad

BAKU.WS