SİZİN REKLAM BURADA!
055 213 76 73



Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə APA-nın yerli bürosuna Xaçmaz rayon təhsil şöbəsinin məsləhətçisi Ağamirzə Əzimov bildirib. O deyib ki, hazırda direktorun vəzifəsini direktor müavini icra edir.

Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır.

Xaçmaz rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb.

Qeyd edək ki, həmin şəxsin 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur.

BAKU.WS