055 213 76 73
Yevlax rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökərək özünü yandırıb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 2 uşaq atası olan R.Zeynalovun maddi çətinlikləri olub.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
BAKU.WS