İnterpol daha bir azərbaycanlı barəsində axtarış elan edib.


BAKU.WS Trend-ə istinadən bildirir ki, 1991-ci ildə Azərbaycanda doğulan Elmin Ağamirov oğruluq etməkdə təqsirləndirilib.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən E.Ağamirov barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. O, istintaqdan yayınıb.

Məhkəmə E.Ağamirovun həbs edilməsi barədə qərar çıxarıb. Həmin qərarla İnterpol E.Ağamirov barəsində beynəlxalq axtarış elan edib.

BAKU.WS