SİZİN REKLAM BURADA!
055 213 76 73



"Şahdəniz-2” layihəsinin GREENFİELD bölməsində çalışan yerli fəhlələr onlara qarşı yol verilən ayrı-seçkiliyə öz etirazlarını bildiriblər.


BAKU.WS
-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. M.Qəhrəmanlının sözlərinə görə, məsələyə AZFEN-TEKFEN Alyansının rəhbərliyi müdaxilə edib. Onlar dünənki aksiyaya müdaxilə edərək fəhlələri sakitləşdirib.

Dünən isə SOCAR nümayəndələri fəhlələrin iş yerində olub və şirkət rəhbərliyi ilə görüşüb. Verilən məlumata görə, fəhlələr dünən işə buraxılmayıb. Araşdırılma aparıldığı üçün onlar bu gün də işə buraxılmayacaq.
"Fəhlələrin etirazına isə Cem adlı (soyadını dəqiqləşdirə bilmədik) bir türk menecerin TEKFEN şirkətinə rəhbər təyin olunandan sonra yerli işçilərə qarşı kobudluq və ayrı-seçkiliyə yol verməsi səbəb olub” - deyə M.Qəhrəmanlı bildirib.

TEKFEN-AZFEN Alyansı "Şahdəniz-2” layihəsinin bir hissəsini yerinə yetirir.

Ziya Səccad
BAKU.WS