SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz rayonunda camış bir qadını vuraraq öldürüb, digərini yaralayıb.

BAKU.WS xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıtala kəndində qeydə alınıb.

Yaralı, 1968-ci il təvəllüdlü Məryəm Müslüm qızı Paşayeva ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Gədəbəy rayonu, Nəriman kəndinin sakini, 1957-ci il təvəllüdlü Maniə Saat qızı Quliyeva isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS