SİZİN REKLAM BURADA!
055 213 76 73



8 avqust tarixində Binəqədi rayonunda yerləşən "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, toydan sonra 77 nəfər zəhərlənib. Zəhərlənənlər arasında 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət ediblər.

Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilb.

Hazırda 41 nəfərin müalicəsi davam edir. Onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir. Profilaktik tədbirlər görülür. Xəstələrdən laborator müayinə üçün nümunələr götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı” ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS