VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

RİA Novosti-nin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində daha 63 nəfər yaralanıb.

Agentlik onu da bildirir ki, Sıçuan əyalətində yerləşən və təxminən iki min insanın olduğu mehmanxana zəlzələdən sonra qismən uçub, 500 adam təxliyə edilib.

Çinin fövqəladə halların fəsadlarının aradan qaldırılması üzrə milli komissiyası isə zəlzələ nəticəsində yüzlərlə insanın öldüyünü, minlərlə şəxsin xəsarət aldığını ehtimal edir. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub.
 
BAKU.WS