13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


 

"Qulp” verilişinin "Əməkdar artist” müsabiqəsinin qalibi Xanım nənə vəfat edib.


BAKU.WS məlumat verir ki, Xanım nənə kimi tanınan Xanım Ələkbərova bu gün səhər saatlarında Biləsuvar rayonunda, bir müddətdir birlikdə yaşadığı yaxın qohumunun evində dünyasını dəyişib.

Xatırladaq ki, Əslən Cəbrayıl rayonundan olan Xanım nənə "Əməkdar artist” müsabiqəsində qalib olmuşdu. Elə bu müsabiqədən sonra da məşhurlaşmışdı. Xanım nənə təkcə Azərbaycanda deyil, qonşu ölkələrin məşhur proqramlarına tez-tez dəvət olunurdu.
 
BAKU.WS