Qəbiristanlıqda yaşayan ailə yeni evə köçdü (FOTO, VİDEO)

Qəbiristanlıqda yaşayan ailə yeni evə köçdü (FOTO, VİDEO)
Video
Sosial 2985

Qəbiristanlıqda yaşayan ailə yeni evinə köçüb.

BAKU.WS-in məlumatına görə, 8 il boyunca balaca bir otaqda yaşayan Qoçiyevlər ailəsi xeyirxah insanların topladığı vəsait hesabına tikilən yeni evlərinə köçüb. "Uşaqların xoşbəxt gələcəyi" adlı xeyriyyə təşkilatının dəstəyi ilə onlar yeni yuvalarına qovuşublar. 

Eyvaz və Afət Qoçiyevlər, Fatimə (6 yaş), Zəhra (4 yaş) və Zeynəb (9 aylıq) adlı 3 qızı ilə indiyə kimi Bakıda Yasamal qəbiristanlığında yaşayırdılar. Balaca daxmada nənə, ata, ana və 3 körpə uşaq ömür sürürdü. 

İndi artıq onlar yeni evlərində hər cür şəraitlə təmin olunublar.  

Eyvaz Qoçiyev Balakənin Qabaqçöl kəndindəndir. O, qəbiristanlığın içindəki sexdə fəhləlik edir. Anaları Afər isə xadiməlik edərək çörək pulu qazanır. Uşaqlara nənələri Asya xanım baxır. Ailənin bundan əvvəl yaşadığı daxmada nə hamam, nə də mətbəx olmayıb. Ayaqyolu isə qəbirsanlığın içində, evdən xeyli aralıda olub. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

24 yaşlı ananın atıb getdiyi körpələr fəryad edir (VİDEO)

24 yaşlı ananın atıb getdiyi körpələr fəryad edir (VİDEO)

Ucar rayonunun Qaracallı kəndində yaşayan, 24 yaşlı Şəlalə Rüstəmovanın gecə saatlarında naməlum şəkildə evdən çıxaraq getməsindən ailə üzvlərinin xəbəri olmay...

3865 Hadisə 16:13 20 avqust 2015

Son xəbərlər