Bakıda yenə üçəm oldu
13
avq
2015
14:45
Bu yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb.
Bu barədə BAKU.WS-ə övlad sevinci yaşayan valideynlər xəbər veriblər. Verilən məlumata görə, 26 yaşlı Kamran Əliyev və 26 yaşlı Nuranə Əliyevanın nikahından 3 uşaq doğulub. Uşaqlardan ikisi oğlan, biri isə qızdır. Oğlanların birinin 1 kq, digərinin isə 900 qram çəkisi var. Qız isə 800 qram çəkidədir. Əvvəlcə uşaqların səhhətində problem olsa da sonradan həkimlər bunu aradan qaldıra biliblər. Hələlik ailə körpələrə nə ad qoyacağını fikirləşir. Qeyd edək ki, bu yeni qurulan ailənin ilk övladlarıdır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Uşaqların sağlam girib, xəstə çıxdığı poliklinika (FOTO)
Şirvan şəhərində 2 saylı uşaq poliklinikası bərbad vəziyyətdədir. BAKU.WS-in məlumatına görə, poliklinikada nəinki uşaqları müayinə etməyə, heç həkimlərin əlin...