Türkiyənin Antalya şəhərində əsasən, uşaqlar arasında Koksaki virusu yayılıb. 
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, Antalyada xəstəxanalar virusa yoluxan xəstələr dolub. Xəstəliyə yoluxan uşaqlar arasında azərbaycanlılar da var. Kütləvi şəkildə yayılan yoluxucu xəstəlik xüsusilə uşaqlarda daha çox rast gəlinir. 
 
Hüceyrədaxili parazit sayılan Koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpgi özünü göstərir. Koksaki virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar. 
 
Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə açıqlamasında bu məsələyə toxunub. O bildirib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlər aparılır.
 
Nazim
BAKU.WS