13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


ABŞ-dakı malikanəsində işlətdiyi qadını cinsi əlaqəyə məcbur edən şəhzadə Məcid İbn Abdullah İbn Əbdüləzizə cinayət işi açılıb.
 
BAKU.WS məlumat verir ki, Səudiyyə Ərəbistan kralı Abdullahın 39 oğlundan biri olan 29 yaşındakı oğlan şahzadə Məcid İbn Abdullah İbn Əbdüləziz ABŞ-da 37 milyon dollarlıq malikanəsində işləyən bir qadını cinsi əlaqəyə məcbur etdiyi üçün saxlanılıb. Törətdiyi əmələ görə şahzadəyə cinayət işi açılıb. İş məhkəməyə getsə də şahzadə 3 min dollar hesabına həbs olunmaqdan xilas ola bilib. 
 
Bundan əlavə, şahzadənin əməli təkcə bununla bitmir. O, ən azı 5 qadın işçisini cinsi əlaqəyə məcbur etməkdə ittiham olunub. 3 min dollar hesabına son anda həbs olunmaqdan xilas olsa da, ABŞ prokurorluğu cinayət işinin bağlanmadığını, araşdırmaların davam etdiyini bildirib.
 
BAKU.WS